İdmançı əməliyyat zamanı ölümdən qayıtdı: Ürəyi dayandı

İdmançı əməliyyat zamanı ölümdən qayıtdı: Ürəyi dayandı
Kateqoriya məlum deyil
T

Moskvada estetik əməliyyat zamanı baş verən bədbəxt hadisə son anda qəza ilə nəticələnməyib.

Sfera.az xəbər verir ki, paytaxtdakı "Maka-Med" klinikasına döş böyütmə əməliyyatı üçün gələn 51 yaşlı tanınmış qadın bodibilder narkoz qəbul etdikdən dərhal sonra huşunu itirib.

Həkimlərin təcili reanimasiya tədbirləri sayəsində idmançının həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti orta ağır qiymətləndirilən qadın digər xəstəxanalardan birinə köçürülüb.

Qiyməti 200 min rubldan (təxminən 3 800 – 4 000 Azərbaycan manatı) başlanan bu əməliyyatdan sonra baş verən insidentlə əlaqədar olaraq klinakaya polis əməkdaşları cəlb olunub və araşdırma aparılır./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR