İnfantino üzr istədi

İnfantino üzr istədi
Kateqoriya məlum deyil
T

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino quruma rəhbərlik etməyə davam edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Mərakeşin paytaxtı Rabatda keçirilən FİFA rəhbərliyinin iclasının yekunlarına dair təşkilatın bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, FİFA-nın baş katibi Mattias Qrafstrem və təşkilatın İdarə Heyətinin üzvləri İnfantinoya "tam dəstəklərini təsdiqləyiblər".

"Sky News" telekanalının məlumatına görə, Rabatdakı görüş yeddi saat davam edib.

Telekanalın xəbərinə əsasən, İnfantino və Qrafstrem milli futbol assosiasiyalarına ünvanladıqları məktubda dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması planı ilə bağlı yol verilmiş səhvlərə görə üzr istəyiblər.

"Meydana çıxmış bu səhvlərə görə səmimi qəlbdən üzr istəyirik və onların bir daha təkrarlanmayacağına söz veririk", – deyə məktubda bildirilir. Eyni zamanda sənəddə FİFA-nın planlarının KİV-ə sızdırılması da səhv kimi qiymətləndirilir./Trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR