"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı

Kateqoriya məlum deyil
T
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" "Payde" (Estoniya) ilə qarşılaşıb.
Sfera.az-ın məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda hesab bərabər olub - 1:1.
Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
İlk matçda "Payde" doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.






