“Sabah” futbolçusunu bu tanınmış kluba satdı - Rəsmi

Kateqoriya məlum deyil
T
“Sabah” futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer olunub.
Maluda ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.
"Sabah" Aaron Maludaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.






