Memfis Depayın yeni klubu bəlli oldu

Memfis Depayın yeni klubu bəlli oldu
Kateqoriya məlum deyil
T

Futbol üzrə Niderland millisinin hücumçu Memfis Depay Braziliya çempionatında çıxış etdiyi "Korintians" klubu ilə yeni müqavilə barədə razılığa gəlib.

Sfera.az İdman.Biz-ə istinadən bildirir ki, insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 32 yaşlı forvardın "Korintians"la yeni müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədə olacaq.

"Mançester Yunayted"in sabiq futbolçusu 2024-cü ildə Braziliya klubuna transfer olunub. Həmin vaxtdan bəri Depay 78 oyunda meydana çıxıb. O, bu matçlarda 20 qol vurub, 15 məhsuldar ötürmə edib. Niderlandlı futbolçunun transfer dəyəri 7 milyon avro qiymətləndirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR