"Qalatasaray"dan yayın "bomba" transfer həmləsi gəlir

"Qalatasaray"dan yayın "bomba" transfer həmləsi gəlir
Kateqoriya məlum deyil
T

"Qalatasaray" Camal Musiala transferində böyük məsafə qət edib.

Sfera.az xəbər verir ki, "sarı-qırmızılar" 23 yaşlı futbolçunu bir mövsümlük "Bayern Münhen"dən icarəyə götürəcək.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Onların yaydığı məlumata görə, tərəflər arasında razılaşma yaxın görünür.

Musiala ötən mövsüm zədədən qayıtdıqdan sonra əvvəlki performansına qayıda bilməyib.

O, 2025/26 mövsümündə bütün turnirlərdə 24 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

"Qalatasaray" klubu açıqlama yayaraq yayılan xəbərlərin gerçəyi yansıtmadığını bildirib./Offsideplus

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR