Neymar vurduğu qolları qeyri-adi şəkildə qeyd etdi - FOTO

Neymar vurduğu qolları qeyri-adi şəkildə qeyd etdi - FOTO
Kateqoriya məlum deyil
T

“Santos”un hücumçusu Neymar Braziliya Çempionatının 20-ci turunda “Şapekoense”yə qarşı 2-2 hesabı ilə başa çatan matçda iki qol vurub.

Sfera.az xəbər verir ki, hücumçu qollarından birini oyun kartlarını paylamağı və qolf oynamağı təqlid edərək qeyd edib.

Neymar əvvəllər San-Pauluda keçirilən poker turnirində iştirak etdiyinə görə sosial mediada tənqidlərlə üzləşmişdi.

Neymar “Santos”un həm Braziliya Çempionatında, həm də Cənubi Amerika Kubokunda son oyunlarında oynamayıb. Neymar bu mövsüm 16 klub matçında səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. 20 oyundan sonra “Santos” Seriya A turnir cədvəlində 22 xalla 14-cü yerdədir.

Neymar qol vurdu,

Neymar qol vurdu,

Neymar qol vurdu,


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR