İngiltərə nəhəngindən gözlənilməz gediş

İngiltərə nəhəngindən gözlənilməz gediş
Kateqoriya məlum deyil
T

“Arsenal” klubu “Real Madrid”in ulduz futbolçusu Vinisius Junioru heyətinə qatmaq imkanlarını araşdırır.

Sfera.az xəbər verir ki, İngiltərə təmsilçisinin braziliyalı vingerə olan marağı hələ ki, ilkin mərhələdədir və klublar arasında rəsmi danışıqlar başlamayıb. Lakin bu transfer ideyası “topçular”ın rəhbərlik və məşqçilər korpusu səviyyəsində bəyənilib.

Keçidin baş tutması böyük ölçüdə futbolçunun “kral klubu” ilə müqavilə yeniləmə prosesindən asılı olacaq.

Belə ki, tərəflər arasında hələ ki razılıq əldə olunmayıb və “Real Madrid” 26 yaşlı hücumçunu gələn yay azad agent kimi pulsuz itirmək istəmir./Offsideplus

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR