Məşhur futbolçu karyerasını başa vurdu

Məşhur futbolçu karyerasını <b><span style="color:#ff0000">başa vurdu</span></b>
Kateqoriya məlum deyil30.09.24, 11:025107 👁️
T

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Fransa yığmasındakı karyerasını başa çatdırıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu özü sosial şəbəkə hesabında paylaşım edib. 

 

“Möhtəşəm üçrəngli macəra” üçün təşəkkür edirəm”, - deyə Qrizmann bildirib.

 

O, Fransa yığması ilə dünya çempionu və Millətlər Liqasının qalibi adını qazanıb.

 

Qeyd edək ki, Qrizmann 2014-cü ildən Fransa yığmasının şərəfini qoruyurdu. Milli komandada 131 oyun keçirən Antuan 44 qola imza atıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...