Azərbaycanda bu matça külli miqdarda pul yatırılıb - VİDEO

Azərbaycanda bu matça külli miqdarda pul yatırılıb - VİDEO

Azərbaycan çempionatında növbəti danışılmış oyun "radar"a düşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.

 

Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri "SportRadar" şirkətindən siqnal aldıqlarını çatdırıb:

 

"Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlıə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK - "Difai Ağsu" matçından gedir. Bu oyunda 4 qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək".

 

Qeyd edək ki, sözügedən oyunda məhz 4 qol vurulub - görüş "hərbçilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar ikinci hissədə qeydə alınıb.

 


OXŞAR XƏBƏRLƏR