Xavi hücumçudan DANIŞDI: "Onun klubda olması..."

Xavi hücumçudan DANIŞDI:

"Barselona"nın baş məşqçisi Xavi İspaniya Premyerasının 33-cü turunun "Valensiya" ilə oyununda (4:2) hücumçu Robert Levandovskinin çıxışından danışıb.

 

Sfera.az xatırladır ki, bu görüşdə polşalı hücumçu het-trik edərək komandasına qələbə qazandırıb.

 

Xavi oyunçudan razı olduğunu deyib:

 

 “Levandovskidən çox razıyam. Futbolçunun gələcəyi haqqında danışmayacağam, amma onun kluba töhfəsi böyükdür. Mən Robertin klubda olmasını xoşbəxtlik hesab edirəm”. Qeyd edək ki, “Barselona” futbol üzrə cari İspaniya çempionatında 33 oyundan 73 xal toplayıb.

 

Kataloniya komandası La Liqa turnir cədvəlində ikinci yerdədir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR