Xanımı ilə çıxışı Roma Papasını təəccübləndirdi: “Kabinetə dəvət etdilər və dedilər ki...\" - VİDEO

Xanımı ilə çıxışı Roma Papasını təəccübləndirdi: “Kabinetə dəvət etdilər və dedilər ki...\

“Qapqara” verilişinin növbəti qonağı sirk ustası Allahverdi İsrafilov olub.

 

Sfera.az “Baku Tv”yə istinadən bildirir ki, həmkarı ilə ailə quran sirk ustası həyat yoldaşı ilə partnyorluğundan danışıb:

 

“Həyat yoldaşımla ilk növbədə partnyoruq. Sirkdən çıxanda isə ailəyik. Həyat yoldaşımdır, çıxış edəndə onu bərk tutmalıyam. Amma bilirəm ki, həyat yoldaşım olmasa da, partnyorum olduğu üçün yenə də eyni davranmalıyam”.

 

A.İsrafilov Monte-Karloda keçirilən beynəlxalq sirk festivalı zamanı xeyriyyə tədbirində çıxış etməsi və görüşündən də bəhs edib:

 

“Bizə dedilər ki, katoliklərin bayramıdır, xeyriyyə məqsədilə çıxış etmək lazımdır. Çıxışdan sonra bizi pulla mükafatlandırmaq istədilər. Amma qəbul etmədik. Həmin pulun xeyriyyə məqsədilə xərclənməsini istədik. Buna görə məni Monte-Karlo şahzadəsinin kabinetinə dəvət etdilər. Orada Papa ilə dialoqumuz oldu. O, məndən milliyyətimi, haradan olduğumu, dini mənubiyyətimi soruşdu”, – o söyləyib.

 


OXŞAR XƏBƏRLƏR