Qida allergiyası nədir və hansı əlamətləri var? - AÇIQLAMA 

Qida allergiyası nədir və hansı əlamətləri var? - AÇIQLAMA 

Son illərdə allergik xəstəliklərin sayı artmaqdadır. Bu hala uşaqlarda daha çox təsadüf edilir. Ətraf mühit amilləri ilə yanaşı qidalar da allergiyaya səbəb olur.

 

Bəs qida allergiyası nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, qida allergiyası hər hansı qidanın yeyilməsi nəticəsində meydana gəlir.

 

“Qida allergiyası nəticəsində dəridə, tənəffüs yollarında və ya bütün orqanizmdə həyati təhlükə yarada biləcək simptomlar meydana çıxır. Ağız ətrafında qızarıqlıq, üzdə və ya bədənin hər hansı nahiyəsində şişkinlik, öskürək, nəfəs almaqda çətinlik, burun axması qida allergiyasının əlamətləridir. Buğda, çoxdar, arpa və yulafdan hazırlanan qida məhsulları, bərk qabıqlı meyvələr, xardal qida allergiyasına səbəb olur".

 

Mütəxəssis qeyd edib ki, bu məhsullardan istifadə etməzdən əvvəl onların tərkibləri barədə məlumat əldə etmək lazımdır.

 

“İstehlakçı hər hansı bir məhsulu istifadə etdikdə, onun qida və enerji dəyərinə, istehsal tarixinə baxması vacibdir. Qidaları dadlandırmaq üçün onlara qatılan qatqı maddələrinin allergik reaksiyaya səbəb olma ehtimalı azdır. Qida maddələrinin tərkibindəki allergenlərin də sayı azdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR