Logo

Ramos qərarını verdi

Ramos qərarını verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Serxio Ramos karyerasını "Sevilya"da davam etdirəcək.

Sfera.az İdman.Biz-ə istinadən bildirir ki, 38 yaşlı futbolçu komanda ilə yeni razılaşma əldə edib.

Ötən yayda PSJ-dən ayrılan Ramos "Sevilya" ilə 1 illik müqavilə imzalamışdı. Təcrübəli futbolçu doğma komandası ilə daha 1 mövsüm əməkdaşlıq edəcək.

Serxio hazırki mövsümdə 20 oyunda meydana çıxıb. 3 dəfə fərqlənən Ramos 6 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 38 yaşlı müdafiəçi dünən "Xetafe" ilə matçda yeganə qolun müəllifi olub. "Sevilya" 31 xalla 14-cü pillədə qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR