Logo

AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Belə ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

Sfera.az-ın məlumata görə, İrəvandakı təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.

Bu barədə qurumun mətbuat katibi Elnur Məmmədli bildirib:

“Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan - Xorvatiya oyununda təxribata əl atıblar. Bu dəfə dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Bu qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR