\"İdman TV\"dən ittihamlara CAVAB: \"Bu, bizim günahımız deyil\"

\
"İşimizdə qara rənglərin axtarılmasını anlaya bilmirəm. Necə ola bilər ki, Azərbaycan idmançısı olimpiadada çıxış etsin, imkan olduğu halda biz onu yayımlamayaq? Məsələnin qoyuluşu mənə təəccüblü gəlir. Deyirlər ki, qələbə qazananda vermirlər, uduzanda yayımlayırlar. Biz bunu əvvəlcədən necə bilərik?".

Sfera.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "İdman TV"nin direktoru Rövşən Binnətli telekanalın Azərbaycan idmançıları - sablyaçı Anna Başta, cüdoçu Rüstəm Orucov və stend atıcısı Emin Cəfərovun iştirakı ilə keçirilən görüşlərin canlı yayımlanmamasının səbəbi barədə danışarkən deyib.


Telekanal rəhbərinin sözlərinə görə, Orucovun yalnız 2 və 3-cü döyüşləri yayımlanmayıb. O, problemin ötürülən siqnallarla bağlı olduğunu bildirib: "Əlbəttə, bu görüşlərin hamısı canlı yayımlanmalı idi. Budəfəki olimpiadada yayımlar yeni texnoloji üsulla həyata keçirilir. Yalnız bizə ötürülən siqnalları qəbul edirik. Məsələn, bəzən cüdonun bütün parametrləri yığılır, baxırsan ki, başqa yarış gedir. Murad Fətiyevin görüşü zamanı qalibin elan edilməsi ilə siqnalın kəsilməsi eyni anda baş verdi. Bizə cüdo yarışının parametrlərini verirlər, daxil oluruq, amma yelkənli qayıq yarışı çıxır".

Binnətlinin sözlərinə görə, telekanalın bir nömrəli məqsədi idmançıların təbliğinə yönəlib: "Yazırlar ki, "İdman TV" Rostislav Pevtsovu bir dəfə də iri planda göstərməyib. Bir az qəribə iraddır. Axı, bu çəkilişləri biz aparmırıq. Pevtsov finişə 41-ci çatıb. Əlbəttə, ilk "10-luğ"a düşənləri daha çox göstərəcəklər. Bu, bizim günahımız deyil. Hər şey ötürülən siqnallarla bağlıdır. Başqa ölkələrdə də belə problemlər yaşana bilər. Əvvəllər siqnallar bir tezliklə qəbul olunurdu, sonra 5 fərqli monitorda onu görə və keçid edə bilirdik. İndi isə cüdo yarışlarının bir hissəsi bu formatda, digər hissəsi isə fərqli formatda ötürülür. Bunu tapanadək isə idmançı öz çıxışını başa vurur".

Direktor özləri tərəfdən heç bir texniki problemin olmadığını söyləyib: "Siqnalı qəbul edə bilirik. Yəqin, Beynəlxalq Olimpiya Komitəsi yeniliyi tətbiq edib, amma sonadək düşünməyib. Bilmirəm, bu məsələ əvvəldən necə düşünülüb. Bizim texniklərimiz kifayət qədər təcrübəlidir. Onlar həmin siqnalı tapmaqda ciddi problemlə üzləşmirlər. Sadəcə, göstərilən ünvana çıxanda, görürsən ki, orada bu yarış getmir".

Binnətli Beynəlxalq Olimpiya Komitəsi və yayımçı şirkətə irad bildirdiklərini də vurğulayıb: "Müraciət etmişik ki, başıpozuqluluğa son qoyulsun. Nə problem varsa, desinlər, işimizi bilək. Yayımçı şirkətdən üzrxahlıq edib bildirdilər ki, bu məsələ araşdırılacaq. Onun qarşısına fakt qoymuşuq ki, siqnal 8 dəqiqə tez kəsilib. Əslində həmin məktub ilkin araşdırmada bizim haqlı olduğumuzu göstərdi. Yekun nəticəni bizə deyəcəklər. Mənə də ağır gəlir ki, idmançılar əziyyət çəkib olimpiadaya lisenziya qazanıblar, ölkəni təmsil edirlər, amma onların çıxışlarını yayımlaya bilmirik".


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...