Hollandiyada karantinə etiraz edənlər polislərlə toqquşub körpünü partlatdılar - FOTOLAR

Hollandiyada karantinə etiraz edənlər polislərlə toqquşub körpünü partlatdılar - FOTOLAR
Koronavirus epidemiyası səbəbindən məhdudiyyətləri sərtləşdirən Hollandiyada birdən çox şəhərdə etiraz aksiyaları başlayıb. 
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, paytaxt Amsterdam başda olmaqla, bir çox şəhərdə yüzlərlə insan küçələrə axışıb. 

Etirazçılarla polislər arasında toqquşma baş verib. Amsterdam və Eyndhovendəki etiraz aksiyalarına polis su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edib. Ən az 30 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. Bir qrup nümayişçi polis motosiklini yandırıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə etirazçıların hətta böyük bir körpünü partlatdığı da görünür. 

Nümayişlərdə miqrant əleyhdarı olan qruplaşmanın - PEGIDA-nın tərəfdarlarının da iştirak etdiyi iddia edilir. 

Etiraz aksiyalarının sürətlə digər şəhərlərə də yayıldığı ölkədə vətəndaş müharibəsi təhlükəsi getdikcə daha çox hiss olunur. 

Eyndhoven şəhərinin bələdiyyə başçısı Con Coritsma, "Belə davam etsə, qorxuram ki, bu yol vətəndaş müharibəsinə gedib çıxacaq", - deyə bildirib. 
Qeyd edək ki, ötən ilin dekabr ayından bəri Hollandiyada marketlər, çörəkbişirmə müəssisələri və apteklər istisna olmaqla bütün müəssisələr və məktəblər bağlıdır. Ölkədə epidemiyaya qarşı mübarizə çərçivəsində 9 fevrala qədər komendant saatı elan edilib. 

Ötən həftə Hollandiyada baş tutan məhdudlaşdırma əleyhinə nümayişlərdə 143 nəfər saxlanılmışdı. 

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...