Hindistan ştammı nə dərəcə təhlükəlidir? – Həkimdən AÇIQLAMA
16:07 / 09.04.2021
1830
"Koronavirusun Hindistan ştammı Britaniya ştammı qədər təhlükəli deyil".
Sfera.az xəbər verir ki, bunu ARB 24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Alim virusa yoluxmanın qarşısını ikinci nəsil peyvəndlərlə almaq mümkün olacağını bildirib:
"Pandemiya bir necə ay ərzində bitəcək proses deyil. Hazırda mövcud olan peyvəndlərdən sonra virusa yoluxma riski yenə qalır. Bunun qarşısını tam alan isə ikinci nəsil peyvəndlər olacaq. Yəni dünyanın virusdan qurtulması ikinci nəsil peyvəndlərlə bağlı olacaq. Bu isə bir az vaxt tələb edə bilər".