Hakim partiya qocalarla vidalaşır? – Yaşı 65-dən yuxarı olan YAP funksionerlərinin SİYAHISI

Hakim partiya qocalarla vidalaşır? – Yaşı 65-dən yuxarı olan YAP funksionerlərinin SİYAHISI
Martın 5-də hakim partiya özünün növbəti qurultayını keçirərək YAP-ın rəhbərliyini təmsil edən İdarə Heyəti və Siyasi Şuranın tərkibində dəyişiklik edəcək. İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Ehtimallara görə, onlar yaşlı və ictimai rəydə neqativ dəyərləndirilən simalardır.

Məlumdur ki, Azərbaycanda təqaüd yaşı 65 yaş müəyyən edilib. "Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçuları üçün ən son yaş senzi də 65 yaşdır. YAP-da "vurulacacaq” funksionerlər arasında yaşlıların üstünlük təşkil edəcəyi də istisna edilmir.

Bu baxımdan Sfera.az pensiya yaşını keçmiş məşhur YAP-çıları araşdırıb. Həmin şəxsləri təqdim edirik;

Hacıbala Abutalıbov  - 76 yaş , təqaüdçü

Əli Əhmədov – 68 yaş, Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
 
Akif Əlizadə - 87 yaş, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - 72 yaş, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Mübariz Qurbanlı – 67 yaş, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov – 71 yaş, akademik

Arif Rəhimzadə - 80 yaş, təqaüdçü

Yaqub Eyyubov - 75 yaş, Baş nazirin birinci müavini

Oqtay Əsədov - 66 yaş, Milli Məclisin deputatı

Ramiz Mehdiyev - 82 yaş, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Novruz Məmmədov - 73 yaş, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor

Misir Mərdanov - 74 yaş, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Qeyd edək ki, 65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR