Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
Kateqoriya məlum deyil
Lənkəran rayonunda kütləvi zəhərlənmə olub.
Sfera.az xəbər verir ki, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır.
İlkin məlumata görə, həmin şəxslər qidadan zəhərləniblər.
Əlavə məlumat veriləcək.\\qafqazinfo






