Cəlilabadda 10 yaşlı qız qızdırmadan öldü
Kateqoriya məlum deyil
Cəlilabad rayonunda 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma (sudurğa) keçirərək həyatını itirib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 11-i saat 10:25 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Fəzail Bayramov küçəsi ərazisindən çağırış qeydə alınıb.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.\\report






