Bakıda avtomobil piyadanı vurdu
Kateqoriya məlum deyil
Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəza Həsən bəy Zərdabi və İsmayıl Talıblı küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Changan A05” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Hadisə nəticəsində ağır xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./apa






