Logo

Tələbələr arasında dava baş verib - VİDEO

Tələbələr arasında dava baş verib - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Dövlət Universitetinin 1 saylı korpusunda yerləșən, yeni təmirdən çıxmış bufetdə tələbələr arasında dava baș verib.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Tələbələrin bir-birinin saçını yolduğu anlar kameraya düşüb. Hadisənin hansı səbəbdən baș verdiyi hələlik məlum deyil.

Universitetin digər korpusunda yerləşən bufetdə çalışan şəxs baş verənlərin şahidi olmadığını, məsələ barədə internetdə yayılan görüntülərdən məlumat aldığını bildirib.

BDU-dan isə məsələyə münasibət öyrənə bilmədik.

O da bildirilir ki, bir qrup tələbə arasında baş verən insidenti əks etdirən görüntülər araşdırılır. Polis tərəfindən hadisənin iştirakçıları müəyyən olunublar. İnsidentlə bağlı müvafiq tədbirlər görülür.

.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR