Logo

Qulağında qulaqlıq olan kişini qatar vurdu

Qulağında qulaqlıq olan kişini qatar vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qatar 31 yaşlı kişini vuraraq öldürüb.

Sfera.az xəbər verir ki, bədbəxt hadisə Ağdaşın Kotanarx kəndində baş verib. Kənd sakini Bədəl Kərimli axşam saatlarında dəmir yolu xəttini keçərkən sürət qatarı onu vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdaş Prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR