Qubada avtomobil ağaca çırpılıb - Ölən və yaralanlar var
Kateqoriya məlum deyil
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə noyabrın 10-da saat 00:30 radələrində Quba–Tüləkəran avtomobil yolunun Quba rayonunun Gültəpə kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayev idarə etdiyi “VAZ-21214” (“Lada Niva”) markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır./Trend
Açar sözlər:






