Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var

Kateqoriya məlum deyil
T
Xankəndi-Şuşa avtomobil yolunda ağır qəza baş verib.
Sfera.az xəbər verir ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






