9 yaşlı uşağı vuran “Niva” dərəyə aşdı - Foto
Kateqoriya məlum deyil
Göygöldə piyadanı vuran avtomobil aşıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.
Belə ki, Gəncə sakini Əli Dünyamalıyev idarə etdiyi “Niva” markalı avtomobillə 2017-ci il təvəllüdlü N. Balaşovanı vurub.
Sonradan “Niva” dərəyə aşıb. Hadisə zamanı sürücü və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.\\qafqazinfo






