İmişlidə çayda batan gənc belə xilas edildi

İmişlidə çayda batan gənc belə xilas edildi
Kateqoriya məlum deyil
T

Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfər çayda batma təhlükəsi ilə üzləşib.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş - 2003-cü il təvəllüdlü İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR