DSX-dən əməliyyat: 8 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı

Kateqoriya məlum deyil
T
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Sfera.az-a verilən məlumata görə, sərhədçilərin keçirdiyi axtarış və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd psixotrop tərkibli həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bildirilib ki, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, "Horadiz" sərhəd dəstəsinin ərazisində isə 330 qram marixuana və 790 ədəd "Metadon M-40" həbi aşkar edilib.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.






