Logo

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişib

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Biləsuvarda sürücü sükan arxasında ürək tutmasından vəfat edib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

1960-cı il təvəllüdlü Əlizadə Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil kollektora düşüb. Məlum olub ki, sürücü sükan arxasında ürək tutmasından dünyasını dəyişib.

Əlizadə Əliyev rayonda fəaliyyət göstərən pambıq şirkətlərindən birində aqronom işləyib.

Faktla bağlı araşdırma aparılır./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR