57 yaşlı çobanın meyiti tapıldı

Kateqoriya məlum deyil
T
Samuxda çobanın meyiti tapılıb.
Sfera.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən yataqlardan birində qeydə alınıb.
Belə ki, Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.






