Şəkidə vurulan piyadalardan biri öldü

Kateqoriya məlum deyil
T
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az "Report"-a istinadən xəbər verir ki, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində baş verib.
Belə ki, Fərhad Qürbətli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyadalar - 2002-ci il təvəllüdlü Mahir Teyibov və 1998 təvəllüdlü Şahin Tahirovu vurub. Nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






