Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb

Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb
Kateqoriya məlum deyil
T

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, polisə müraciət edən zərərçəkən yaşadığı evdən ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarının və 800 ABŞ dolları məbləğində pulun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun zərərçəkənin qohumu, 28 yaşlı L.Əhmədzadə olduğu məlum olub.

Araşdırma zamanı saxlanılan şəxsin qonaq olduğu evdən müəyyən vaxtlarda hissə-hissə oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR