33 təqsirləndirilən şəxs xaricdən Azərbaycana ekstradisiya edilib

Kateqoriya məlum deyil
T
Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 2026-cı ilin ilk yarısında 33 təqsirləndirilən şəxsin xarici ölkələrdən Azərbaycana ekstradisiyası təmin olunub.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Geniş Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, eyni dövrdə xarici dövlətlər tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin də müvafiq məhkəmə qərarları əsasında aidiyyəti ölkələrə təhvil verilməsi təmin edilib.





