Logo

Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib

Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oğuz rayonunun Qarabulaq kəndi ərazisində baş verən yanğın hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı R.Əhmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR