Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını götürüb qəza törətdi

Kateqoriya məlum deyil
T
Hacıqabulda 15 yaşlı yeniyetmə anasının avtomobilini icazəsiz idarə edərək qəza törədib.
Sfera.az xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul şəhəri ərazisində baş verib.
Məlumata görə, 2011-ci il təvəllüdlü Ə.İ. anasına məxsus "Çanqan" markalı avtomobili icazəsiz götürərək idarə edib. Hərəkətdə olarkən nəqliyyat vasitəsi hasara çırpılıb.
Qəza nəticəsində xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






