Biləsuvarda 7 kənd qazsız qalacaq

Biləsuvarda 7 kənd qazsız qalacaq
Kateqoriya məlum deyil
T

Sabah Biləsuvar rayonunun 7 kəndinin qaz təchizatında fasilə olacaq.

Sfera.az xəbər verir ki, iyulun 24-də saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar rayonun Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

PAYLAŞ