Laza kəndinin yolu BAĞLANIR - VİDEO

Hadisə
17:00 / 25.04.2025
4331
Qusarın dağlıq Laza kəndinin yolu bağlana bilər.
Aprelin 16-da kəndə yağan qar sürətlə əriməyə başlayıb. Bu səbəbdən kəndin girişindəki şəlalənin suyu da sürətlə artıb.
Sfera.az xəbər verir ki,Bizim.Media-nın yerli bürosuna danışan sakinlərin sözlərinə görə kəndin 5 km-də yerləşən şəlalənin suyu kəndin yolunu tam bağlaya bilər, çünki asfaltın bir hissəsi artıq zədələnib.
Dağ şəlalərində qarın son 3 gündə müşahidə olunan isti küləkli hava nəticəsində əridiyi deyilir.