Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
Kateqoriya məlum deyil
T
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciət əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 1 əməliyyat keçirilib.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.






