Türkiyədə faciəvi hadisə-Çox sayda ölən və yaralı var
Kateqoriya məlum deyil
T
Türkiyədə yük maşını ilə sərnişin avtobusu toqquşub.
Sfera.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda baş verib.
Qəza nəticəsində 11 nəfər ölüb, daha 27 nəfər xəsarət alıb.
Əraziyə təcili yardım, polis əməkdaşları, xilasedicilər cəlb olunub.
Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.





