Avtomobil qəzası-Minik maşını aşıb
Kateqoriya məlum deyil
T
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü X.Tağıyev xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.






