Bayram günlərində 32 yol qəzası olub: 9 nəfər ÖLÜB 

Bayram günlərində 32 yol qəzası olub: 9 nəfər ÖLÜB 

Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində 32 yol-nəqliyyat hadisəsi olub.

 

Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, nəticədə 9 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Həmçinin qeyd edilib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR