Bu nazirliklərin birləşdirilməsi və ləğvi müzakirə edilir - Rəsmi
Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütamadi olaraq işlər aparılır. Sfera.az -ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının