Bakı metrosundakı problemə görə xüsusi iclas olacaq


Bakı metrosundakı problemə görə xüsusi iclas olacaq

Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı sabah komissiyanın xüsusi araşdırma iclası olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

"Daha sonra mövcud vəziyyətin aidiyyəti sahələrin iştirakı ilə müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

 

Ümumiyyətlə, metropolitendə baş verən hər bir hadisə ilə bağlı xüsusi araşdırma aparılır. Çünki metropolitendə iki hadisə bir-birinə bənzəməyə də bilər və eyni zamanda, hər bir hadisənin nəticələri əsasında görüləcək tədbirlər bundan sonra həmin hadisələrin təkrarlanmaması üçün tətbiq olunur", - o qeyd edib.

 

B.Məmmədov bildirib ki, sıxlığın tənzimlənməsi bir saat davam edib:

 

"Problemi dərinləşdirən məsələlərdən biri də ondan ibarət olub ki, qatarın nasazlığı 18.20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. "28 May" həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb.

 

Ümumiyyətlə, hər hansı neqativ hal qeydə alınmayıb. "28 May" və "Elmlər akademiyası" stansiyaları həmin vaxtda xüsusi sərnişin sıxlığı olduğundan giriş qapılarında xüsusi nəzarət-buraxılış tədbirləri görülüb. Qısamüddətli məhdudiyyətlər də tətbiq olunub. Əsas hədəf platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısının alınması olub.

 

"28 May" stansiyası "yaşıl" və "qırmızı" xətlərin kəsişərək birləşdiyi stansiya olduğundan bu hadisənin nəticəsində "Dərnəgül" və "İçərişəhər" istiqamətində əsaslı yubanmalar olub".

 

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı metrosunda nasazlıq yaranıb. Belə ki, "yaşıl xətt" üzrə "Əhmədli"-"Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

 

Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb.


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...