General rütbəsi alanlar... - Biri Ramiz Mehdiyevin qardaşı oğludur

General rütbəsi alanlar... - Biri Ramiz Mehdiyevin qardaşı oğludur
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Xəlilov Təmkin Həsən oğluna, Mehdiyev Telman Hüseynqulu oğluna və Novruzov Qulu Novruz oğluna gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Sfera.az bu məqamda onlar barəsində məlumatları təqdim edir:

Novruzov Qulu Novruz oğlu - Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi

O, 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək) Nehrəm kəndində anadan olub. 1999-cu ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2000-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Xaricdə təhsil alan tələbələr üzrə iş” sektorunun müdiri vəzifəsində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Beynəlxalq əlaqələr” şöbəsinin  müdiri vəzifəsində, 2011-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində çalışıb.

 
Q.Novruzov 2013-2016-cı illərdə AR Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru, 2016-2018-ci illərdə isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb.

30 oktyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, üç övladı var.

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

O, 1975-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub.

2000-ci ildən Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, Maliyyə şöbəsinin böyük inspektoru, şöbə rəisi və baş idarə rəisinin 1-ci müavini vəzifələrində çalışıb.
 
 
2018-ci ildə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, üç övladı var.

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Telman Mehdiyev uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışır. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
 
Telman Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur. Telman Mehdiyevin qardaşı Nəriman Mehdiyev isə hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...

Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Vyana və Portsmut Universitetlərinin beynəlxalq alimlər qrupu Zimbabvedəki Yafuta Təbiət Qoruğunun əməkdaşlarının iştirakı ilə fillərin jest və səslərinin dilin...

Yüzlərlə fəal Almaniyadakı “Tesla” zavoduna hücum etdi

Yüzlərlə fəal Almaniyanın Qrünheide şəhərindəki “Tesla GigaBerlin” zavoduna hücum edir, bəziləri fabrikin ərazisinə daxil olmağa çalışır. Alman poli...