Gəncədə ata 14 yaşlı oğlunu vəhşicəsinə döyüb - VİDEO

Gəncədə ata 14 yaşlı oğlunu vəhşicəsinə döyüb - VİDEO

Gəncədə ana yeniyetmə oğlunun atası tərəfindən döyülməsi ilə bağlı videomüraciət edib.

"Qafqazinfo”ya daxil olan müraciətdə qeyd edilib ki, atanın onu döyməsi haqda polisə müraciət edilsə də, hər hansı tədbir görülməyib. Ər və arvad rəsmi nikahda olsa da, ayrı evlərdə yaşayırlar. Döyülən 14 yaşlı R. atası, bacısı isə anası ilə qalır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov "Qafqazinfo”nun bu hadisə ilə bağlı sorğusunu cavablandırıb. O bildirib ki, iyunun 3-də 2005-ci il təvəllüdlü R-in atası, 1972-ci il təvəllüdlü İlham Məmmədov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət daxil olub. İ.Məmmədov rayonda dəmir parçaları yığıb satmaqla məşğul olub. 

Məlum olub ki, ata oğlunu arvadının yaşadığı evə göndərib və videomaqnitofon və onun naqilini gətirməsini tapşırıb. Oğul videomaqnitofonu atasına aparıb versə də, naqil yadından çıxıb. Buna görə də İ.Məmmədov onu taxta parçası ilə döyüb.

Baş inspektor ananın polis laqeydliyi ilə bağlı iddiasına cavab olaraq bildirib ki,  polisə müraciət edildikdən sonra təhqiqatçı şəxsən təcili tibbi yardım çağırıb və ilkin diaqnostikadan sonra R-i öz maşını ilə 2 saylı Uşaq Poliklinikasına aparıb. Polis əməkdaşı xəstəxanada ambulator müayinədən sonra uşağın anasına deyib ki, sabah saat 9-da onun da iştirakı ilə uşağın ifadəsi alınacaq və məhkəmə tibbi ekspertizasından keçiriləcək: "Həmin gün həm də İlham Məmmədovun ifadəsi alınıb. O da hadisə zamanı içkili olduğunu bildirib və naqili gətirmədiyi üçün oğlunu döydüyünü etiraf edib. Lakin R-in anası səhəri gün saat 5 radələrində uşağı da götürərək Bakıya gedib və efirə çıxaraq polisin onun ərini niyə tutmadığını deyib. Prosedura görə, ifadələr alınmadan, ekspert rəyi bəlli olmadan polis kimisə saxlaya bilməz, həbs olunması üçün isə məhkəmənin qərarı olmalıdır, polis heç kimi həbs etmir”.


OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...