Gənc yutuber video çəkərkən dağdan yıxılaraq öldü
08:49 / 02.08.2021
939
Danimarkalı "YouTube” istifadəçisi Albert Dirlund İtaliyanın Alp dağlarının təbiətini kamera ilə çəkərkən uçurumdan yıxılıb.
Sfera.az xəbər verir ki, bu barədə "New York Post” yazıb.
22 yaşlı bloger Val-Qarden turistik zonasındakı Seçeda dağının təxminən 200 metr yüksəkliyindən büdrəyərək yıxılıb. Nəticədə o, hadisə yerində ölüb.
Albert Dirlundun "YouTube”da təxminən 175 min, "Instagram”da isə 200 mindən çox abunəçisi olub.