“Əvvəllər döyüş bölgəsindəki hərbi hissələrdə vəziyyət yaxşı deyildi, indi isə...” - Ekspert

“Əvvəllər döyüş bölgəsindəki hərbi hissələrdə vəziyyət yaxşı deyildi, indi isə...” - Ekspert
 
"Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir”.  

Bunu Qaynarinfo-ya açıqlamasında "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu deyib.

O bildirib ki, son illərdə Azərbaycan Silahlı Qüvvələrində çoxsaylı islahatlar aparılıb və bu proses hazırda da davam edir:

"General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra ordumuzun maddi-texniki bazası xeyli gücləndirildi. Şəxsi heyətin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri addımlar atıldı. Qısa müddətdə görülən tədbirlər nəticəsində bu sahədə xeyli irəliləyiş əldə olundu. Belə ki, Müdafiə Nazirliyinin döyüş bölgələrindəki hərbi hissə və taborlarınının maddi-texniki ehtiyatı gücləndirildi. İndi əsgər yeməkxanalarında yeməyi hərbi qulluqçular deyil, nazirin tapşırığına əsasən mülki işçilər hazırlayır”, - təşkilat sədri vurğulayıb. 
 
Ş.Sabiroğlunun fikrincə, əvvəllər hərbi hissələrin vəziyyəti yaxşı deyildi. Hazırda isə bu sahədə böyük dəyişikliklər var: "Əvvəllər hərbi hissələr şəraitsiz binalarda yerləşmişdi. Artıq bu sahədə də böyük addımlar atılıb. İndi Avropa standartlarına uyğun binalar tikilib. Biz, ictimai təşkilat olaraq döyüş bölgələrindəki hərbi hissə və taborlara tez-tez baş çəkirik. Tam səmimiyyətlə deyirəm, şəxsi heyətin istirahəti üçün lazımi şərait yaradılıb".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən "N” saylı hərbi hissədə olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirib.

Diqqətə çatdırılıb ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədi ilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi də istifadəyə tam hazırdır. Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.


OXŞAR XƏBƏRLƏR

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...