Ətin qiyməti bahalaşdı - VİDEO

Ətin qiyməti bahalaşdı - VİDEO
Paytaxtdan sonra ətin qiymətində olan artım dalğası bölgələrə də çatıb.

Sfera.az xəbər verir ki, Xəzər TV fərqli rayonlardakı bazarlarda və ət satışı məntəqələrində mövcud vəziyyəti lentə alıb.

Ətin qiymətindəki bahalaşmadan həm satanlar, həm də alanlar narazıdırlar.

Tovuzun mərkəzi ticarət mərkəzindəki ət satışı bölməsində satışa çıxarılan iri və xırdabuynuzlu heyvan ətlərinin satış qiymətində artım var. Alıcılar deyirlər ki, son vaxtlar ət xeyli bahalaşıb və bu fərq bəzi hallarda dörd manata çatır.

Satıcılar qiymət artımını fərqli səbəblərlə izah edirlər. Onların sözlərinə görə, heyvan yemindəki qiymət artımı fermerlərə təsir etdiyi üçün onlar da heyvanları baha satırlar.

Bərdədə də quzu ətində bahalaşma qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 12 manata satılan quzu əti indi üç manata qədər bahalaşıb.

Bərdədə mal ətində isə qiymət artımı yoxdur. Rayonda mal ərinin qiyməti 9-10 manat arasında dəyişir. Ancaq satıcılar bazarda heyvanın diri çəkisinin bahalaşdığını deyirlər.

Qeyd edək ki, bölgələrdə ət satışındakı qiymət artımı yanvar ayından müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...