Əfsanə geri döndü

Əfsanə geri döndü
 Nokia 5310 yenilənən versiyada təqdim edilib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 avqust 2007-ci ildə təqdim edilən Nokia 5310 hələ də təbəssümlə xatırlanır. 13 il sonra yenilənən telefon dizayn baxımından daha modern görünsə də nostalji auranı qoruyur.

Koronavirus pandemiyasından dolayı onlayn təqdimat təşkil edən HMD Global yeni telefonu Nokia 8.3 5G ilə qarşımıza çıxıb.

Orijinal model kimi bu cihaz da 3.5 mm qulaqlıq girişi və FM Radio ilə təchiz olunub. Ağ və qara rəng seçimləri olan telefonun yaddaşı cəmi 16 MB olsa da, 32 GB-a qədər yaddaş kartını dəstəkləyir. Bunun sayəsində 8000-ə yaxın mahnı yüklmək imkanınız var.

2.4 düym böyüklüyündə QVGA ekrana və düyməli T9 klaviatura sahib telefon MediaTek MT6260A prosessorundan güc alır.

8MB operativ yaddaşa, 1200 mAs gücə malik batareyaya malik cihaz cəmi 42 dollaradır.

Qeyd edək ki, telefonun Azərbaycan bazarına çıxarılıb-çıxarılmayacağı məlum deyil.

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...